Bank Respublika “Təcili pul lazımdır?” adlı yeni aksiya keçirir. Mayın 1-dən iyulun 31-dək Bank Respublika bütün nağd kreditlərə 2% endirim elan edir. 24 ay müddətinədək verilən kreditin maksimal məbləği 5000 manat təşkil edir. Bununla yanaşı, 1000 AZN-dək kredit alanlardan zamin və girov tələb olunmur (kreditlərin şərtləri - http://www.bankrespublika.az/az/indiv).



Müştərilərin rahatlığı və vaxtlarına qənaət etmələrini düşünərək Bank Respublika həmçinin kredit borclarını bankın rəsmi veb səhifəsində və geniş bankomat şəbəkəsi vasitəsilə onlayn ödənilməsi imkanını təklif edir.