AccessBank 1 may tarixindən “Qayğısız yay” kampaniyasına start verib. Kampaniya çərçivəsində nağd kredit alan hər kəs, yay boyu Banka baş çəkmədən, ödəmələrə sentyabr ayından başlayacaq. Kampaniya 31 iyul 2013-cü ilədək davam edəcək.


Kreditin şərtlərinə görə, kredit məbləği 10 min manata qədər, müddəti isə 36 ayadəkdir. Kreditin faiz dərəcəsi aylıq 2,7 - 2,4% təşkil edir və girov tələb olunmur.
Azərbaycan Respublikasının 21 - 65 arası yaş həddində olan vətəndaşları şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim edərək kredit almağa müraciət edə bilərlər.