“Bank of Baku” ölkədə geniş yayılmış bir çox smartfon brendinin rəsmi distrübütoru və idxalçısı olan “Caspian Mobile” ilə birgə Bolkart sahiblərinə tanınmış smartfon modellərini sərfəli şərtlərlə təklif edir. Beləliklə, indi iPhone 5 ayda cəmi 59 manat, Sony Experia Z - 54 manat, HTC One – 68 manat, Blackberry Z 10 isə 54 manat ödəməklə əldə etmək olar. Kampaniya yalnız Bolkart şəbəkəsinə aid olan İntegral Plus, NLT Telecom, World TelecomNano Electronics mağazalar şəbəkəsində keçərlidir. Kampaniya çərçivəsində alınan telefonun dəyərini bərabər hissələrlə 13 ay ərzində ödəmək mümkündür. Smartfonları əldə etmək üçün bu dükanlara 8 may 2013 il tarixindən başlayaq bir ay ərzində müraciət etmək olar.




Xatırladaq ki, 2011-ci ilin sonu kütləvi dövriyyəyə buraxılan Bolkartdan bu gün artıq 100.000-ə yaxın insan gündəlik istifadə edir. Bolkartla ölkəmizin 800-ə yaxın geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Bolkart ilə hər-hansı mal alıb, onun dəyərini bərabər hissələrlə ödəmək olar. Bolkartdan habelə vaxtaşırı nağd pul çıxarmaq da mümkündür.


Daha ətraflı məlumat : 145 nömrəli Məlumat Mərkəzi və ya http://www.facebook.com/Bolkart .