Sərnişin dayanacaqlarının birində avtobusun gəlməsini gözləyirsiniz. Lakin bu dayanacaqdakı lövhədə fərqli bir görüntü ilə qarşılaşacağınızdan xəbərsizsiniz.
EMEA-də reallaşacaq olan 14 gündəlik Creativedays fəaliyyətinin təqdimatını nümayiş etdirmək məqsədiylə hazırlanan "lövhə" sizə bu təcrübəni yaşamaq imkanı yaradır. Dayanacaqda nəqliyyat gözləyən sərnişinlərin ilk öncə gizlicə fotoşəkilləri çəkilir, daha sonra isə photoshop tətbiqi ilə hazırlanaraq dayanacaqdakı reklam lövhəsində nümayiş olunur və beləliklə təqdim olunan görüntülər sayəsində həm keçiriləcək layihə haqda məlumat verilmiş olur, həm də dayanacaqdaki sərnişinlərə məzəli dəqiqələr yaşadılır.
Öz qeyri-adı şəkilləriylə dünyaca məşhur olan rəssam "Erik Johansson" bu qeyri-adi aksiyada iştirak etdi. Real vaxtda nəqliyyat gözləyən sərnişinlərin şəkilləri redaktə olundu və reklam lövhəsinə quraşdırılmış ekran vasitəsilə ortaya məzəli nəticələr çıxarıldı.