Avstraliyanın "Metro St.James Cafe"si son günlərdə romantizmi pula seçən tətbiqi ilə diqqət çəkir. Bu tətbiqə görə iyun ayı boyunca hər səhər saat 9 - 11 arası kafeyə gələn cütllüklər bir-birlərini öpdükləri halda içdikləri qəhvələrin ödənişlərini ödəməkdən azad olurlar. Bunun üçün isə, yalnız "gerçək bir öpüş" kifayət edir.
New York və Paris kafelərindən ilham alan tətbiq Metro St.James Cafe müştərilərindən "French kiss" tələb etmir. Pulsuz qəhvə üçün yalnız içdən və romantik bir öpüş kifayət edir.