"AtaBank" ASC-nin 1 mart 2013-cü il tarixindən start verdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında ikinci 500 manat qazanılmışdır. Kampaniyada iştirak edən müştəri Sadıqlı Türkan keçirdiyi nağdsız əməliyyat vasitəsilə 164 lotoreya bileti almış və lotoreya biletlərindən biri ona 500 manat məbləğində uduş gətirmişdir. Bundan başqa Bankın Xaçmaz, Sumqayıt, Xəzər,Bakı,Yasamal,Şirvan, Gəncə Monolit filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotoreya sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar. “AtaBank” ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyası bankın Bakı filialları ilə yanaşı bölgə filiallarında da davam edir.



Qeyd edək ki, lotereya kampaniyası 31 dekabr 2013-ci il tarixinədək davam edəcəkdir. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir. Kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda, “AtaBank” AC-nin pos terminallarının sayı 10 000-ə yaxındır.




Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (www.facebook.com/atabank, twitter.com/AtaBank_ASC) və kütləvi informasiya vasitəsilə işiqlandırılır.