Kenzo 2013 payız/qış yeni kolleksiyasına dəstək olaraq orijinal kampaniyaya start verdi. Yaradıcı direktor Humberto Leon New York Times müsahibəsində bildirdi ki, "Biz nəsə qəribə və cazibədar bir şeylər yaratamaq istəyirdik. Bir çox insanlar jurnalın səhifələrini vərəqləyərək özlərinə fərqli bir marka açırlar, bu səbəbdən də Kenzo-da digərlərindən fərqlənəcək və kreativ bir kampaniya keçirmək qərarına gəldik".
 
Markanın kampaniyası Toilet Paper ilə birgə  hazırlandı. Nəticədə isə,  son zamanların ən gözlənilməz və qeyri-adi kampaniyalardan biri alındı.