Toyota şirkəti Afrikada Toyota RAV4 -ü reklam etmək üçün qeyri-adi üsul fikirləşib. Avtomobilin məqsədli auditoriyası vaxtlarını ofisdən kənar, daima hərəkətdə olan insanlar təşkil etdiyinə görə şirkət hər kəsə məlum olan onlayn-dünyanı oflayna keçirməyə qərar verib. Toyota DraftFCB Johannesburg və Hellocomputer  agentliyi ilə birgə veb-saytı təqlid edən velosiped cığırını yaratdı. Layihə Brayanston, Yohannesburqda (Bryanston Cycle Park) velosiped gəzintiləri üçün parkda reallaşdırıldı. Velosipedçilərin "veb səhifələrdən" istifadə edə bilmələri üçün 1,8 kilometr yol boyu marşrutda  modellərə, funksiyalara, dizayna, təhlükəsizlik və interyerə, həmçinin test-drayv ehtiyatını saxlamaq üçün sensor və WiFi sistemləri quraşdırıldı.


 


Fiziki olaraq marşrut velosipedçilərin yol boyu keçdikləri zaman qarşılaşdıqlari taxta lövhəciklər kimi görsənir.Velosipedçi burdan keçərkən sensorlara toxunaraq lazimi məlumatları əldə edir.Həmçinin iştirakçı velosipedindən düşmədən, mavi göyərçin şəkli olan işarəyə toxunmaqla  twittlər də göndərə bilər. Marşrutun sonunda idmançını ağacın içindən çıxan test drayva aid talon gözləyir. Talonu alan hər bir kəs avtomatik olaraq mükafat kuponunun iştirakçısı olur.