Braziliyada 1-19 yaş arası gənc və uşaq ölümlərinin ən öndə gedən səbəblərindən biri də xərçəng xəstəliyinə tutulmalarıdır. Bu səbəbdən də "TUCCA" (Association against childhood cancer) hərəkətə keçdi. Dərnək "Magic Coins" (sehrli pullar) adlı bir kampaniyaya start verdi.
Hər kəsə məlum olduğu kimi, xərçəng xəstəliyinə tutulanların ən çətin nəticələrindən biri də saçlarının tökülməsidir. Yenidən uzanan saçlar isə, həm ümidin həm də geri qaytarılan sağlamlığın manifestosu olur.
TUCCA xərçəng xəstəliyinə tutulan gənclərin üz profillərini çıxararaq, fərqli hədiyyə qumbarının modellərini hazırladı və bu qumbaraları Sao Paulonun ən böyük süpermarket şəbəkələrinə payladı. Marketlərdə alış-veriş edən insanlar qumbaraya xırda pul əlavə etdikcə simvolik modellərdəki saçlar uzanmağa başlayır. Kampaniyanın əsas mesajı isə, kiçik bir miqdarda atılan hər bir qəpiyin fərq yaratmaq üçün kafi olduğu çatdırmaq idi.
Art Director: Caio Grafietti
Copywritter: Davi Sabry
Creative Director: Átila Francucci
Rtv: Anna Bohm
Director: Matheus Siqueira
Producer: Margarida Filmes
Sound producer: Cabaret
Account executive: Ricardo Polmon
Aproved by: Ana Ferraz