Fransanın dəbdə olan markasının yaradıcı direktoru "Alber Elbaz" Lancome-un dekorativ kosmetikasının məhdudlaşdırılmış seriyası üçün qablaşdırma dizaynı hazırladı. 
 
Bu məşhur dizaynerin kosmetika dünyasına ilk müdaxiləsidir. Lancome-da bildirirlər ki, Elbaz "luxury seqmentinin qaydalarını müasirləşdirməkdən çəkinmədən, Hypnose ticarət markasının tuşları və göz qapaqlarının kölgə palletlərinə faydalı doza daxil etdi".
 
Həmçinin şirkətdən verilən məlumata görə, Alber Elbaz Lancome-un dekorativ kosmetikasının ən əfsanəvi markası üçün "qırmızı ürəklər, elektrik rəngli ulduzlar, açıq-çəhrayi noxud və yaşıl gözlər" kimi dörd qeyri-adi əhval-ruhiyyə yaratdı.