Artıq Azərbaycan vətəndaşları kommunal ödənişlərini Bank of Baku nun çoxsaylı ödəniş terminalları vasitəsilə ödəyə biləcək. Bu Bank of Baku nun MilliÖn milli ödəmə sistemi ilə əməkdaşlığı çərçivəsində mümkün olub. Beləliklə artıq Bank of Baku nun ödəniş terminalları ilə elektrik enerjisi, su, təbii qaz və digər kommunal xidmət növlərini rahat ödəmək mümkündür. Hal hazırda paytaxt və ölkə boyunca Bank of Baku nun yüzə yaxın ödəniş terminalı fəaliyyət göstərir. Gün boyu fasiləsiz işləyən ödəniş terminallarının dəqiq ünvanı ilə bu internet keçidində tanış olmaq mümkündür
http://www.bankofbaku.com/az/network-of-offices/adresses-of-cashin.html
Ödəniş terminalı vasitəsilə müxtəlif xidmətlərin ödənişi kifayət qədər rahat bir üsuldur. Bu gün minlərlə şəxs Bank of Baku nun ödəniş terminallarından istehlak kreditlərinin ödənilməsi, kreditin sifarişi, əmanət hesablarının artırılması, mobil rabitə, sığorta və digər ödənişlər üçün istifadə edir. Yeni yaradılan bu imkan özünəxidmət məntəqələrinin genişləndirilməsi strategiyası çərçivəsində həyata keçirilir.
Əlavə məlumat üçün bankın 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək və ya https://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə səhifəsini ziyarət etmək olar.
Əlaqə məlumatı
Reklam və PR departamenti
Tel 994 12 437 22 00
Faks 994 12 437 23 00
hksuleymanov@bankofbaku.com
www.bankofbaku.com