Unibank ın Kreditinizi ödəyin və qazanın adlı tirajlı stimullaıdırıcı lotareyasının bitməsinə 2 həftədən bir az artıq vaxt qalıb. Lotareyanın şərtlərinə görə iyunun 24 dən avqustun 31 dək Unibanka olan kredit ödənişlərini ölkə üzrə Azərpoçt filliallarından, Milli Ön paypointlərindən və online formada unibank.az, hesab.az saytlarında həyata keçirən müştərilər, pul uduşları qazanmaq şansı əldə edəcəklər. Lotareyanın şərtləri bu müddətdə Unibank filliallarında və Cash in lərində aparılan kredit ödənişlərinə şamil edilmir.




Şərtlərdən də göründüyü kimi bu lotareyanın keçirilməsində bankın heç bir qazanc məqsədi yoxdur. Unibank ın Məhsullar və praseslərin inkişafı departamentinin Taleh Tahirli bildirib ki, kampaniyanın məqsədi meştərilərin kredit ödənişlərini daha rahat şəkildə həyata keçirməsinə çalışmaqdır. Bankın məqsədi müştərilərin kreditləri vaxt itirmədən, növbə gözləmədən ödəmələridir. Yəni kredit ödəmək üçün bank fillialına gəlmək vacib deyil, nəqliyyata əlavə pul xərcləmədən, vaxt itirmədən elə evlərində, iş yerlərində unibank.az və hesab.az saytlarından və ya ən yaxında olan Azərpoçt şöbələrindən, Milli Ön paypointlərindən ödəniş apara bilərlər. Əvəzində həm də bankdan pul uduşu qazanmaq şansı əldə edirlər.




Qeyd edək ki, oyunun keçirildiyi aylar ərzində hər kredit müqaviləsi üzrə edilmiş ödənişlər 1 şans kimi qəbul ediləcək. Müştəri bir kredit müqaviləsi üzrə hər ay ödəniş edərsə , maksimum 3 şansı ola bilər. Tirajda 50 lotareya iştirakçısı qalib elan ediləcək. Uduşun ümümi fondu 5000 manat təşkil edir. Hər qalib 100 manat pul uduşu əldə edəcək. Uduş fondunun oynanılması elektron püşatma qaydasında həyata keçirilir. Lotareya üzrə uduşlar 10 sentyabr 2013 cü il tarixində Bankın baş idarəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi 55 ünvanında keçiriləcək.



Ətraflı məlumat 012 117 nömrəli telefondan, Bankın saytından http://www.unibank.azt/ və yaxud Facebook səhifəsində https://www.facebook.com/unibank.az əldə etmək olar.