İyirminci əsrin qız uşaqlarının ən çox sevdiyi məşhur Barbi kuklaları fotoqraf Merial Kleytonun yaradıcılıq obyektinə çevrildi. Fotoqrafın sözlərinə görə Yaponiya səfəri zamanı bir oyuncaq mağazasına girərək, yapon miniatür aləminə düşdü. O vaxtdan kuklalar onu şəkillərinin əsas qəhrəmanlarına çevrildilər. Barbilərdən və miniatürlərdən istifadə etməklə o, gündəlik hadisələrin, pop- mədəniyyətin, musiqinin təsiri altında  bütöv bir elementlər və yumorla dolu ssenari yaradır. Fotoqraf öz işlərinə məhz yumor nöqteyi nəzərindən baxmağa çağırır.