RBK TVidi.ru uşaq sosial şəbəkəsinin satışına hazırlaşır. Alıcı rolunda beynəlxalq media holdinq RCS MediaGroup çıxış edir. İtalyanların 51%- i RBK media holdinqına, 49%- i İsrailin TweeGe şirkətinə məxsus olan sosial şəbəkəyə marağı bu layihənin Mərkəzi və Şərqi Avropada irəliləməsinin təmin olunması ilə izah olunur. 


Mənbənin verdiyi məlumata görə layihə gəlirlidir, amma RBK onu profildən kənarda satmaq istəyir. TVidi. ru- nun dəyəri 10 milyon dollar qiymətləndirilir. Daha alternativ təkliflər üçün RBK "Tayqa Kapital" maliyyə brokerının xidmətlərindən istifadə etməyə qərar verib. Amma "TVidi" nin satışına təklif olunan məbləğ gizli saxlanılır.


"TVidi" uşaq portalı RBK və İsrailin Tweegee şirkətinin birgə layihəsidir. Portal uşaqlara onlayn oyunlar, sosial şəbəkələr, xəbərlər və avatarlarla virtual aləmlərini yaratmağı təklif edir. Hər ay saytı 2 milyona yaxın istifadəçi ziyarət edir.