Samsung "Motion Sync" elektrik süpürgəsinin dayanıqlılığını və hərəkət elastikliyini göstərmək üçün olduqca əyləncəli bir reklam çarxı təqdim edib. Çarxda anasının istifadə etdiyi elektrik süpürgəsini daliyca addımlayan "kiçik polis məmuru" roluna girən bir körpənin hekayəsi nümayiş olunub. Körpənin məzəli təqib səhnəsi tamaşaçılara kefli anlar yaşadır. Çarx London The Viral Factory agentliyi tərəfindən hazırlanmışdır.