McDonalds "Hong Kong"lulara xüsusi qara və ağ hamburger menyuları hazırlayıb. Qısa bir müddətdə bazara təqdim olunacaq menyularda qara variantda istifadə olunan hamburger çörəyinin rəngləndirilməsi üçün balıq mürəkkəbindən istifadə olunub. Ağ menyu variantında isə ağ çörək seçilmişdir. Nə qədər qəribə ideya olsa da, "Brand Eating" saytı bir-birini tamamlayan burgerlerdən ibarət bu anlayışın daha əvvəl Çində sınandığını bildirib. Burgerlerin hər ikisinin də 17,60 Hong Kong dolları ilə qiymətləndiriləcəyi gözlənilir.