Türkiyənin Tütün və Spirt Bazarı Tənzimləmə Təşkilatı (TAPDK) spirtli içkidə xəbərdarlıq mesajlarının nişanını müəyyənləşdirib. Ölkədə istehsal olunan və idxal edilən alkoqollu içkilərin qabları üzərində “Alkoqol dostunuz deyildir” sloqanı ilə üç xəbərdarlıq nişanı vurulmalıdır.
Türkiyə spirtli içkilərin şüşələrində xəbərdarlıq olaraq həm yazı, həm də qrafiki eyni anda istifadə edən ilk ölkə olacaqdır. Xəbərdarlıqların ölçüsü şüşələrdəki etiketlərin bilinən sahəsinin 20%-i ilə 60%-i arasında yer tutacaq. Şüşə kiçildikcə loqosun etiketlərinin bilinən sahəsi böyüyəcək. Belə ki, şirkətlər bəzi şüşələrdə xəbərdarlığı sığdıra bilmək üçün müştəri xidmətləri mərkəzi nömrələrini çıxardıb loqoslarını kiçiltmək məcburiyyətində qalacaqlar. Tətbiq 10 ay sonra başlayır.
Qeyd edək ki, dünya ölkələrində spirtli içkiləri üzərində xəbərdarlıq mesajı qanundan çox könüllü şəkildə vurulur. ABŞ-da şüşələrin üzərində “Həddindən artıq spirt zərər verir” xəbərdarlığı yazılır. Tayland bu barədə qərar çıxardıb, ancaq ölkədə tətbiq oluna bilinməyib. Fransada isə spirtli içkilərin şüşələri üzərinə hamilə qadın loqosunun vurulması məcburidir.