Məşhur tennisçi Mariya Şarapova öz sevimli konfetləri üçün 2 həftəlik soyadını dəyişəcək. O, yaşadığı Florida ştatının ali məhkəməsinə müraciət edərək ABŞ-da keçiriləcək açıq çempionatda başqa soyad ilə çıxış etmək xahişi ilə çıxış edib.
Konfetlərin brendı həmçinin onun futbolkosında da olacaq. Bunun vasitəsilə Mariya öz sevdiyi konfet brendını reklam etmək istəyir. Brains&Brands Komandor şirkətinin yaradıcısı Aleksey Yurov hesab edir ki, konfet bazarında rəqabət çox güclüdür və insanların konfetləri alması üçün onları stimullaşdırmaq lazımdır, əks halda bu kampaniya uğursuz ola bilər. Məsələn, Puqaçovanın ölkədə tanınmış olmasına baxmayaraq, onun reklam etdiyi "Alla" çipsləri uğursuzluqla nəticələndi. Kofe "Pele" ondan bir az yaxşıdır. Pele kofenin vətənini vurğulamışdı, bu isə reklama çox da yaxşı təsir göstərməmişdir.
Əgər məhkəmə Şarapovaya soyadını dəyişməyə icazə verərsə, dünyanın 3- cü tennisçisi turnir lövhələrində Şuqarpova soyadı ilə qeyd ediləcək. НТВ+ kanalının idman rəyçisi Aleksandr Şmurnov çempionatda iştirak edəcək jurnalislərin bu yeniliyi səbirsizliklə gözlədiyini qeyd etdi. Şmurnov bildirdi: "Bu insanın paltarını dəyişmək kimidir. Hesab edirəm ki, bu brendın tanıdılması üçün atılan gülünc bir addımdır. Yeni soyad ingiliscə hələ pis səslənmir, amma rusca çox eybəcərdir. Ümumiyyətlə konfetə 2 həftəlik "ərə getmək" sadəcə mənasızdır".
Artıq Twitter-də mikrobloqa qeydiyyatdan keçənlərin sayı 500 min nəfəri keçib. Bu artıq məhz müvəqqəti soyad dəyişilməsi xəbərindən sonra müşahidə olunur.