"Awesome Letter On T-Shirt"-bu dizaynerların, illüstratorların və rəssamların futbolkalarda print yaratmaq üçün hərəsinin bir hərf çəkməklə hazırladıqları kollektiv layihədir. Layihəni Sibirdə yaşayan və özlərini Vasotta adlandıran bir rəssam ailəsi fikirləşib. 


Layihənin ideyası şrift estetikasına biganə qalmayan və hərflərə sözün bir parçasından daha önəmli bir fiqur kimi yanaşan hər kəsi birləşdirir. Futbolkalarda istifadə olunan 26 latın hərfi və bir neçə işarəni Rusiya, Belarusiya, Gürcüstan, Ukrayna, Almaniyanın dizaynerləri, rəssamları və qraffit-rayterları yaratdılar. Bu yay layihənin 2-ci hissəsi start götürdü. 


Hal-hazırda layihənin kiril variantı hazırlanır. Sizə ən parlaq və maraqlı printləri təqdim edirik.


http://awesomeletteronthetshirt.com/