İqtisadi böhran səbəbilə vətəndaşların böyük hissəsinin dolanışıq çətinliyi çəkdiyi Yunanıstanda, marketlərdə son istifadə tarixi başa çatan qidaların və içkilərin aşağı qiymətlərlə yenidən istehlakçılara satılmasına qərar verilib. Paytaxt Afinanın da daxil olduğu və ölkə əhalisinin yarısına yaxın hissəsinin yaşadığı Attiki bölgəsində Afina Biznesmenlər Məclisinin qərarı ilə 1 Sentyabrdan etibarən market və dükanlarda “tarixi bitmiş məhsul" bölməsi açılacaqdır.
İstifadə müddəti sona çatmış qidaların sağlamlığa zərər verməyəcək şəkildə qorunması və istehlak edilməsi məsuliyyəti satıcıya aid olacaq.
Müəyyən şərtlər daxilində istehlakçıya təqdim ediləcək yemək və içkilərin üzərinə yazılacaq yeni istifadə tarixləri qida çeşidlərinə görə üç aya qədər uzadıla bilinəcək. Belə məhsullar restoran, kafe kimi yerlərdə istifadə edilə bilinməyəcəkdir. Qanunla təyin olunmuş “tez xarab ola bilən” xüsusiyyəti olan qidaları əhatə etməyən tətbiqdə, qaydalara əməl etməyən satıcılar 5 min avroya qədər cərimə ediləcəklər.