Guerlain şirkətinin La Legende de Shalimar ətrinin yeni növünün qısametrajlı reklam çarxının əsas qəhrəmanı hind şəhzadəsi Mumtaz Mahal rolunu canlandıran top model Natalya Vodyanova oldu.
Reklam çarxı Şah Cahan və onun sevimli həyat yoldaşı Mumtaz Mahalın bir-birlərinə olan sevgisi haqqındakı əfsanəyə həsr olunmuşdur.
Videonun əsasında vaxtılə ətriyyatçı Jak Qerlenı Shalimar ətrinin yaradılmasına ruhalandıran süjet dayanır.
Hind əfsanəsinə görə Şah Cahan həyat yoldaşı ona oğul hədiyyə edərsə onun üçün möhtəşəm bir saray tikdirəcəyini söz vermişdi. Lakin Mumtaz Mahal vəfat etdi. Şahın kədəri o qədər böyük idi ki, o, söz verdiyi sarayı tikdirməyi əmr etdi, amma təqdim olunan layihələrdən heç biri yetərincə gözəl deyildi. O zaman şah memarın həyat yoldaşını öldürməyi əmr etdi ki, o, şahın kədərini daha dərindən hiss etsin və möhtəşəm bir saray tiksin. Bununla da ətrafı Shalimar adlanan bağlarla əhatə olunmuş möhtəşəm Tac- Mahal meydana gəldi.