“Yapı Kredi Bank Azərbaycan" filiallarının iş qrafikini müştərilərinin rahatlığına uyğunlaşdırır. Bankın bütün filialları həftənin I-V günləri saat 09:00-dan 17:00-dək, bəzi filiallar həm də həftə sonu müştərilərə xidmət göstərir.




Amma Yapı Kredi iş günləri banka gələ bilməyən, bank əməliyyatlarını ancaq axşam saatlarında etməyə imkan tapan müştərilərini də unutmayıb və onlar üçün yenilik edib. Artıq bankın şəhərin mərkəzində yerləşən filialı, yəni Səbail filialı ( İSR Plaza) saat 17:00 kimi deyil,Şənbə günləri də daxil həftənin altı günüsaat 22:00-a kimi fəaliyyət göstərir.




Metropark alış-veriş mərkəzində yerləşən Nərimanov filialının qapıları isə həftənin 7 günü üzünüzə açıqdır. Siz bu filialdan Şənbə və Bazar günləri də faydalana bilərsiniz


Qeyd edək ki, bankın Bakıda 12 filialı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərində də filialları var. Filiallarda "Worldcard" əldə etmək, istehlak və biznes kreditlərini rəsmiləşdirmək, əmanət yerləşdirmək, pul köçürmək, ödənişlərinizi etmək və bir çox digər xidmətlərdən yararlanmaq mümkündür.




Bankın filiallarının ünvanları və iş qrafikləri haqda ətraflı məlumatıhttp://www.yapikredi.com.az/Filiallar.aspx ünvanına daxil olaraq öyrənə bilərsiniz.


“Yapı Kredi Bank Azərbaycan"ın kampaniylarını və bütün yeniliklərini həm də Facebook Fan səhifəsində izləyin.