Komtec LTD MMC-nin İcraçı Direktorunun verdiyi məlumata əsasən, ilin sonunadək MilliÖN ödəmə sisteminə ilin axırına qədər daha bir neçə aparıcı banklar və qeyri-bank kredit təşkilatları qoşulacaqdır.



Bunların sırasında AtaBank, Bank Respublika, bank VTB-Azərbaycan, həmçinin qeyri-bank təşkilatı olan Embafinans və Fleksi Kreditin adlarını çekmək olar.




Bu maliyyə istitutlarının müştəriləri öz borlarını 24 saat ərzində bütün Azərbaycanın ərazisində, banka getməyə, parkinq axtarmağa, növbə gözləməyə vaxt itirmədən ödəyə bilərlər. Teminalların sayını ilin sonuna qədər 1600-ə çatdırmaq planlaşdırılır.




“Bizim sistemə bank bazarının liderlərini qoşaraq və ödəmələrin tezliyini və artmasını müşahidə edərək, belə nəticəyə gəldik ki, proqnozlar çox yaxşıdır - əhalinin bizim xidmətə inamı var və onlar bizim kiosklar vasitəsilə ödənişlərini etməyə müsbət yanaşırlar. Bankların rəhbərliyinin verdiyi məlumata əsasən, ödəmələrin vaxtının ötməsinin sayı olduqca azalmışdır. Keçən ay ərzində MilliÖN terminalları vasitəsilə 80000-ə yaxın kredit ödənişi həyata keçirilmişdir. Bunların hamısı bizim imkanların bank sahəsində gərəkli olmasını göstərir. Biz, öz növbəmizdə, məmnuniyyətlə bank və qeyri-bank təşkilatlarını öz sistemimizə qoşuruq.” – deyərək, Söhrab Fərhadov əlavə etdi.




Hazırda MilliÖN ödəmə sisteminə DəmirBank, TuranBank, AGBank, Unibank, Bank of Baku, Bank Standard, həmçinin Finca Azerbaijan və AzərKredit qeyri-bank təşkilatları qoşuludur.




MilliÖN “KOMTEC LTD” MMC-nin xidmət brendidir. MilliÖN şəbəkəsinin əsas məqsədi əhaliyə ani, rahat və keyfiyyətli ödəmə xidmətinin göstərilməsidir. MilliÖN vasitəsilə vətəndaşlar mobil və stasionar telefonlarının, kommunal xidmətlərin, internetin, kabel televiziyasının və s. ödəmələri həyata keçirə bilərlər. Hazırda MilliÖN şəbəkəsinə 55-dən çox kütləvi xidmət müəssisəsi qoşuludur. Şirkət tərəfindən ilin sonuna qədər bu rəqəmi 80-ə çatdırmaq və xidmət seçimini genişləndirmək planlaşdırılır.




MilliÖN ödəmə terminalları alış-veriş və biznes mərkəzlərində, dövlət müəssisələrində, metro stansiyalarda, supermarketlərdə, hava limanında, Bakı və Azərbaycanın digər şəhərlərinin dəmiryol vokzallarında yerləşir.