“AtaBank” ASC-nin “MasterCard” beynəlxalq ödəniş sisteminin sıralarına daxil olması barədə müqavilə imzalanıb. Bu barədə “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü Elnur Osmanov məlumat verib. Onun sözlərinə görə, “AtaBank”ın “MasterCard” beynəlxalq ödəniş sisteminə daxil olması ilə bankın bankomatları “MasterCard” və “Maestro” tipli kartlarını qəbul edəcək. "MasterCard Europe Sprl" beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü olmaqla “AtaBank” ASC-yə beynəlxalq ödəniş kartlarının buraxılmasına imkan verilib.


Emissiya çərçivəsində “AtaBank” Maestro, MasterCard Standard , MasterCard Gold, MasterCard Platinum kartlarını istifadəyə verəcəkdir. Bu kartlar VISA International ödəniş sisteminin plastik kartları sırasında eyni funksionnalığa malik olacaqdır və alınmış sifarişlərin həcmindən asılı olaraq buraxılacaqdır. Bu plastik kartların Respublika daxilində və həmçinin dünyanın 200 ölkəsində bankomatlardan nəğd pul çıxarmaq, ticarət/xidmət mərkəzlərində malların/xidmətlərin haqqını qeyri-nəğd ödəmək, o cümlədən, Internet vasitəsilə elektron ödəniş həyata keçirmək məqsədilə geniş şəkildə istifadə olunması, onların istehsal həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.




Qeyd edək ki, “AtaBank” ASC 2004-cü ildən “Visa International” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edir. Hazırda, “AtaBank” ASC bu ödəniş sistemin tam hüquqlu üzvüdür. Bankın emissiya etdiyi kartların sayı 26 000-ə yaxındır. Bankın bankomatlarının sayı 77, POS-terminalların sayı isə 8845 ədəddir.



“AtaBank” ASC-nin “MasterCard”ın məhsulları haqqında daha ətraflı məlumat öyrənmək istəyən şəxslər www.atabank.com saytına və ya www.facebook.com/ AtaBank sosial şəbəkəsinə daxil ola bilərlər.