Marka yeni UltraHD televiziyasını kamera zarafatı ilə təqdim edir. LG yeni kampaniyası çərçivəsində "dünyanın sonunu", böyük bir meteoritin yer üzünə düşməsini təşkil edərək mümkünlüyün bütün sərhədlərini keçməyə qərar verdi. İşə düzəlmək üçün gəldiyinizi təsəvvür edin, oturacağ sakitcə oturursunuz və bir anlıq dünya sizin gözləriniz önündə dağılmağa başlayır. Hər şey elə real görsənir ki, baş verənlərin bir qurğu olduğunun fərqinə belə varmırsınız.
Qorxunc zarafata məruz qalan şəxslərin reaksiyalarının gerçəyi nə qədər əks etdirdikləri açıq-aydın şəkildə çarxdan görülsə də, bu çarx YouTube-a yerləşdirildiyindən 3 gün sonra hər kəsin rəğbətini qazanaraq 1,5 milyon dəfə izlənilmişdir.