Google tərəfindən hazırlanmış Android-in rəsmi saytında verilən xəbərə görə, mobil əməliyyat sisteminin yeni versiyası KitKat adlanacaq və Google şirkətinin qərargah binasının qarşısında yerləşdirilmiş Android talismanının KitKat şokoladı formasında olan şəklini Twitter-də yerləşdirib. Bu səbəbdən də, təqdim etdiyi reklam kampaniyalarında rəqiblərinə qarşı agresiv şəkildə özünü ifadə etməkdən çəkinməyən Nokia şirkəti, Google tərəfindən reallaşdırılan yeni Android versiyası KitKat-a (4.4) maraqlı bir tweetlə cavab verdi.
 
"Nokia Almaniya"-nın Twitter hesabı üzərindən paylaşılan tweetdə ortadan ikiyə bölünmüş bir Samsung telefonu nümayiş olunur. KitKat reklamlarından hazırlanan vizual, KitKat-ın qırmızı  rəngi fon üzərində göstərilir. İstifadə olunan mətndə isə "ara vermək" "qırmaq" sözləri ilə söz oyunundan istifadə olunduğu diqqət çəkir.