Pivə sevənlər kef edin!İndi köpüklü içkini nəinki içmək, yemək də olacaq. İtaliya şirkətləri olan şokalad istehsalçısı "Napaleone" və pivə istehsalçısı "Alta Quota" nın əməkdaşlığı nəticəsində dünyada ilk dəfə çörək üzərinə yaxılan pivə yarandı. Yeni pivənin dadı şirindir və ənənəvi pivə kimi 2 növdədir: dadına görə yumşaq, açıq rəngli və daha tünd rəngli. 


 


"Alta Quotana" nın yaradıcısı Emanuela Laurenzinin dediyə görə bu ideya şokalatye Pietro Napaleone zarafatından sonra yarandı. "Əgər pivəni içmək olarsa, niyə də yemək olmasın? Beləliklə biz kimyaçılar kimi reseptlərlə təcrübələrə başladıq. "İtalian pivəsi pendirlə yaxşı uyğunlaşır. Şiriniyyatı sevənlər isə torta içlik kimi əlavə edə bilərlər.