Mini avtobrendı (BMW Group) hər kəsə "Mini" oyunu çərçivəsində özünü superagent kimi hiss etmək və Paceman avtomobilinə sahib olmaq imkanı verir. Rusiyadan əvvəl belə aksiyalar Yaponiyada və isveçdə də keçirilmişdir. Avtomobil brendı Mini özünü Ceyms Bond kimi hiss etməyə imkan yaradan oyun hazırladı.
Bunun üçün xüsusi əlavələrdən istifadə olunur. Avtomobil şəkli xəritədə görünən kimi "Mini" nın yerləşdiyi nöqtəyə qaçmaq lazımdır. Həmçinin unutmaq lazım deyil ki, yaxınlıqda "Paceman" ı sizin mobil telefonunuzdan qaçırmaq istəyən agentlər ola bilər. Əsas məsələ gizlənmək və "Mini" nı bacardığın qədər uzun müddət saxlamaqdır.
Aksiyanın qalibi "Mini Paceman" ı uzun müddət öz telefonunda saxlaya bilən iştirakçı olacaq. Rusiyada Mini brendının irəliləyişi ilə interaktiv marketinq agentliyi "Nadir Marka" məşğul olur.
ConsepTvision tərəfindən çəkilmiş və oyunun qaydalarından bəhs edən video çarxda əsas qəhrəman Need for Speed virtual avtoyarışlarının dünya çempionu Alan Yenileyev oldu. Rostovda bu aksiya senyabrın 9-na qədər davam edəcək. Bunun ardınca Sank-Peterburqda, sentyabrın 16-da isə Moskvada baş tutması gözlənilir.