"Go Daddy" reklam agentliyi Van Damın iştirakı ilə yeni qeyri-standart reklam kampaniyasına başladı. Layihənin təşkilatçısı Nyu-Yorkun Deutch agentliyi idi. Çarxda kreatorlar çörək sexi sahibinin mətbəxdə işləməsi nümayiş etdirilir. "Go Daddy" nin köməyilə yaradılmış bu balaca sexin saytı sayəsində biznesmen bir neçə sifariş qəbul edir.
Sexın sahibi qəflətən meydana çıxan və "Go Daddy" nın imkanlarından istifadə etməyə çağıran Jan Kloud Van Damı görəndə təəccüblənir. 80-90-cı illərin döyüş filmlərinin qəhrəmanı çarxda öz idman bacarıqlarını nümayiş etdirir.
Qeyd edək ki, "Go Daddy" dünyada domenlərin ən iri qetdiyyatçılarından biridir. Hal-hazırda COM, DRG, NET, BIZ və İNFO daxil olmaqla 30 milyondan çox iri domen adlarını dəstəkləyir.