"Coca-Cola"nın Rumıniyada reallaşdırdığı "Lets Eat Together" adlı kampaniyası televiziya və twitter arasındakı inteqrasiyaya yeni bir cığır açır. "MRM Worldwide" qrupu tərəfindən hazırlanan kampaniya reklam qurşaqlarına "canlı tweetlərin" göndərilmə imkanını yaradır.
"#LetsEatTogether hashtagı" atılan tweetlərin xüsusi bir kod vasitəsilə ekranda nümayiş olunmasıyla həyata keçirilən kampaniyanın çıxış nöqtəsidir. Romalıların 60%-nin bir araya gəlmək yerinə televiziya qarşısında tək yemək yediklərini əks etdirən kampaniyada, bir çox insan Coca-Cola-nın sayəsində yenidən bir masa arxasına toplanır.
Markanın Romanyadaki təqibçi sayının 15% artırmasına səbəb olan kampaniya, eyni zamanda ana xəbər bülletenlərində də işıqlandırıldı. "MRM" agentliyinin başçısı "Nir Refuahı"n diqqət çəkdiyi nöqtə isə bütün bu dəyərlərdən çox daha əhəmiyyətlidir:"Bu kampaniya sayəsində insanlar bir reklamın çıxması üçün televiziyaları qarşısında gözlədilər. Sizcə bu tez-tez qarşılaşdığımız bir vəziyyətdir?"