Unibank-ın sentyabrın 24-dən başlayaraq ümumiyyətlə kredit tarixçəsi olmayan, həyatında ilk dəfə kredit alanlar üçün “SİFTƏ KREDİTİ” aksiyasına başlayıb.


Bankdan verilən məlumata görə, ilk dəfə kredit üçün müraciət edənlər, Unibankdan 6% endirimlə kredit alacaqlar. Peşəsindən asılı olmayaraq, 20 yaşdan 65 yaşadək Azərbaycan Respublikasının işləyən hər bir vətəndaşı yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edərək, 7500 manatadək və 48 ay müddətədək kredit götürə bilər. Üstəlik “Siftə krediti” alanlara minimum 300 AZN balanslı üzvlük kartı da verilir. Unibankdan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.