"Оdnoklassniki" sosial şəbəkədən daha böyük bir platformadır. Bu geniş miqyaslı əyləncə platformasıdır. Burada istifadəçilərin ən sevilən əyləncələrindən biri videoya baxışdır: Оdnoklassniki sosial şəbəkəsində bir gün ərzində 50 milyondan çox çarx istifadəçilər tərəfindən izlənilir.
"Pladform" video paylama (distribusiya) sisteminin vasitəsilə "Оdnoklassniki" sosial şəbəkəsi qanuni məzmunla bir neçə videokanal izləyicilərinə təqdim etdi. Artıq "Даёшь молодёжь" və "İşıqfor" kimi serialların mövsümləri istifadəçilərə baxış üçün əlçatandır. Yaxın vaxtlarda sosial şəbəkədə digər kanallar da istifadəçilərin ixtiyarına buraxılacaq və onlar sevdikləri məşhur serialları rahatlıqla izləyə biləcəklər.
Bu kanallar qanuni məzmunun irəliləyişi üçün alət olan videovitrine-də bütün istifadəçilərə əlçatandır. İndi sosial şəbəkədə hər zövqə uyğun ondan çox kanal mövcuddur. "Оdnoklassniki" sosial şəbəkəsinin birinci dərəcəli qanuni məzmunu ilə istifadəçilərinin təminatı bizim üçün hüquqi əməkdaşlığın strateji bir növüdür. "Оdnoklassniki" sosial şəbəkənin marketinq və biznes inkişafı üzrə direktoru "Arsen İsrapilov"un sözlərinə görə, "Pladform-la" əməkdaşlıq təsadüfi deyil: şirkət müxtəlif hüquq sahiblərinin böyük sayda məşhur lisenziya videosunun paylanmasıyla (distribusiyasıyla) məşğul olur".