comScore-un verdiyi məlumata görə Mail.Ru Group layihələrinin istifadəçilərinin sayı 5, 5% artıb. Gündəlik olaraq layihələri 35, 7 mln insan ziyarət edir.
Mail.Ru Group-un auditoriyasına "Odnoklassniki", "Moy mir", Mail.Ru portalı, həmçinin HeadHunter layihələri daxildir.
Bundan əvvəl TNS-nin hesabatlarına görə avqustda Mail.Ru Group layihələrinin aylıq rus auditoriyası 56, 995 mln insan olub. Bu göstəriciyə görə internet holdinq Rusiyada liderdir.