Viacomm International Media Networks (VIMN) 2013-cü ilin payız ayları ərzində Rusiyanın Nickelodeon uşaq kanalının formatını dəyişməyi planlaşdırır. VIMN dəyişikliyi kanalın rəqabət meydanına çıxması və reytinqının qalxması ilə izah edir. Bu 2 il ərzində ilk dəyişiklikdir. TNS-nin verdiyi son hesabata əsasən Nickelodeon 4-17 yaş uşaqlar arasında baxış sayına görə CTC, Disney və TNT-dən sonra 4-cü yerdədir.
Kanalda yeni format- id çarxlar, printlər və hədiyyəlik məhsullar meydana gələcək. Loqo dəyişilməz olaraq qalacaq. Yeni format bu ilin payız ayları ərzində nümayiş olunacaq.