P&G şirkəti 2010-cu ildən Olimpiya oyunlarının partnyorudur. Şirkətin özünəməxsus mövqeyi mövcuddur: Oyunlarda P&G yalnız idmançıları deyil, eyni zamanda onların analarını da dəstəkləyir . Buna görə şirkət hər il Olimpiya oyunları münasibətilə ilk addımlarda gələcəyin idmançıları ilə birlikdə olan və qalibiyyət yolunda qarşıya çıxan çətinlikləri dəf etməkdə daima onlara yardım edən insanlar haqqında təsirli video çarxlar hazırlayır. 


Soçidə Olimpiyada zamanı "Analara təşəkkür" adlı video çarx yayımlanacaq. Bu "Proud Sponsor of Mom" kampaniyası çərçivəsində hazırlanmış 4-cü reklam çarxıdır.