Türkiyədə evlərə xidmət göstərən Dominos Pizza pizzalarını hava yolu ilə alıcılara çatdırmağa hazırlaşır. Şirkətin innovasya və texnologiya qrupu “DominoCopter”  pilotsuz hava vasitəsini yaradıb.

Elektrik ilə işləyən “DominoCopter”, 2 kilo yükü daşıya bilir. Yerdən 300 metr yüksəyə qalxa bilən “DominoCopter”, iki ədəd böyük pizzanı alıcılara daşıyacaqdır. Səkkiz qolu və hər qolunda bir pərvanə olan “DominoCopter”, üzərindəki kameralar və uzaqdan idarəetmə pultu sayəsində yerdən idarə edilir. GPS ilə uçan və 2,5 kilometrə qədər havada qala bilən DominoCopter, 500 metrlik bir diametr ərazidə idarə edilə bilinir. Uçuş əsnasında istənilən nöqtədə havada asılı bir vəziyyətdə sabit qala, uçduğu nöqtəyə geri qayıda bilir.


 


Qeyd edək ki, “Dominos Pizza”, Türk damaq dadının imtinaedilməz ləzzətlərindən ilham alaraq hazırladığı "Yerli Ləzzətlər" i istehlakçılara təqdim etəyə hazırlaşır. “Dominos Pizza”, yeni ləzzətlərini pilotsuz hava vasitəsi “DominoCopter” ilə istehlakçılara çatdıracaq. “Dominos”, “Yerli Ləzzətlər” menyusunu Rusiya, Azərbaycan və Gürcüstanda da satışa təqdim edəcək.