Lebedev studiyası Yandeks şirkətinin irəliləyişi üçün "Disk" internet servisinin reklam kampaniyasını hazırladı. Kreativ konsepsiyanın əasası kimi müəlliflər "doldurmaq" felinin vizual çevrilmiş variantını seçərək mövcud olanları şəbəkəyə yükləmək (doldurmaq) mənasında işlətdilər.
Kreatorlar kampaniyanın əsas tamaşaçı kütləsi kimi tələbələri seçdilər. Şirkət kampaniyanın köməyilə "Yandeks.Disk" servisi vasitəsilə konspektlər, çertyojlar, mühazirələr, audioyazılar, tələbə yoldaşlarının şəkilləri, əyləncə gecələrindən videp çarxlar və digər materialları əldə etməyin mümkün olduğunu nümayiş etdirdi.
Servisə diqqət cəlb etmək üçün əsas axtarış səhifəsində tizer və banner seriyası yaradıldı. "Yandeks.Disk" in plakatları Rusiyanın ali təhsil müəssisələrində nümayiş olunur. Lebedev studiyası tərəfindən yaradılmış promo-sayt servisin əsas üstünlüklərini göstərməli və istifadə qaydalarını izah etməlidir.