Yapon kreatorları "Pen" şokolad brendi üçün yağlı boya formasında dizayn hazırladılar. Şokolad brendinin limitli seriyası artıq yapon mağazalarında satışa çıxarılmışdır.
"Bu iş "şokolad boyaları" adlanır"- müəlliflər bildirdilər. Şokoladı dişlədikdə içlik boya kimi axmağa başlayır. 12 növdə müxtəlif dadlı şokoladlar əsl yağlı boya qutusuna bənzər qutuya yerləşdirilərək qablaşdırılmışdır. Şokoladların dadı onların rənginə uyğundu: vanilli-ağ, üzüm-yaşıl, karamel-qırmızı, limon-sarı və s.
Layihənin müəllifi Nendo agentliyidir.