McDonalds ABŞ-da "Happy Meal" qablaşdırmalarında olan oyuncaqları bir müddətlik kitabçalara əvəz edəcək. Əvvəlki nəsillər ilə müqayisədə, müasir uşaqlar daha az kitab oxuyurlar, buna görə də fastfud şəbəkəsi əyləncəli və maraqlı məşğuliyyət kimi oxumanın irəliləyişinə imkan yaratmağa qərar verdi.
McDonalds "Ronald McDonald" daxil olmaqla müstəqil şəkildə dörd uşaq personajı haqqında kitabça dərc etdi. Digər personajlar isə, "Leo Burnett" agentliyi tərəfindən hazırlandı.
Bütün bunlar sağlam qidalanma mövzusunda cəmləşdirilmişdir. Kitabçalar bütün ölkədə Happy Meal qutularında 1-14 noyabr tarixinədək oyuncaqlarla əvəz olunacaq. Toplamda 20 milyon kitabça paylanılacaq, promolar isə televiziyada DDB Chicago-nun reklam çarxları ilə dəstəklənəcək.
Bu yaxınlarda McDonalds Sinqapurda uşaqlar üçün NFC texnologiyası əsasında oyun masalarını təqdim edib.