Nissan Juke un yeni reklam çarxında yapon avtokonserni əsas diqqəti qısa boyu ilə fərqlənən tarixi qəhrəmanların üzərinə yönəltdi. Reklam kampaniyası üçün tarixdə qısa boylu olmalarına baxmayaraq çox böyük uğurlara imza atmış insanlardan Çingizxan, Makedoniyalı İsgəndər və Napaleon Bonapart seçilmişdir. Qısa boylarına baxmayaraq bu şəxslər öz ətrafları ilə münasibətdə həmişə dominion olmuşlar. Video çarxda olan kadrarxası səs bu insanlardan dərs götürməyi məsləhət görür.
Növbəti kadr artıq zamanımızın qəhrəmanı olan Nissan "Juke" u nümayiş etdirir. "Juke" əzilmiş maşınların arasından İsgəndər düşmən ordularının arasından keçən kimi keçib gedir.
"Nissan" ın Avstraliyadakı marketinq meneceri Piter Klissold bildirdi ki, "TBWA Melbourne" agentliyi çərçivəsində hazırlanmış çarx əslində bu cür kiçik ölçülü, lakin dinamik modelli "Nissan" avtomobilini görən insanları həyəcanlandırır.