Moët & Chandon və We Are Social agentliyinin təqdim etdiyi reklam kampaniyasında sosial şəbəkə istifadəçiləri həyatlarının xüsusi anlarını əks etdirən mesaj və şəkilləri xeşteq #MoetMoment-dən istifadə edərək Instagram, Twitter və ya Tumblr-da paylaşmaq imkanı əldə edirlər. Hər həftə iştirakçılar arasında "Moët Imperial" ın şüşə qabı oynanılır. #MoetMoment "Moët&Chandon" u  xüsusi anlarını qeyd edən insanlar üçün şampan kimi əks etdirməklə yanaşı tennisçi Rocer Federerla olan kampaniyanın davamıdır.


Kampaniyanın sonunda əsas qalib  "Moët Imperial" ın 3 litrlik şüşə qabı, kuler və 6 şampan badəsi qazanacaq. Kampaniya noyabrın 6-dək davam edəcək. Bütün istifadəçilər layihədə öz parlaq və yaddaqaln şəkilləri ilə görünəcək.