Bir neçə həftədən sonra Oksfordda BMW zavodunda yeni "MINI" avtomobilinin istehsalı başlanacaq və artıq noyabr 18-dən əvvəlcə İngiltərədə, daha sonra Los-Anceles və Tokioda geniş auditoriyaya təqdim olunacaq. Satışa isə 2014-cü ilin ilk rübündən çıxarılacaq. Reklam kampaniyası yumoristik MINI Not Normal ruhunda olan çarxlarla müşayiət olunacaq, baş qəhrəmanı isə Spayk adlı buldoq olacaq.
Video çarxların konsepsiyası BSSP San-Fransisko agentliyi tərəfindən düşünülmüşdür, çəkilişlərə görə isə MINI-nin mətbuat xidməti və Sterntag Hamburq kinoşirkəti cavabdehdir. Çarxlar Los-Ancelesin mərkəzi küçələrində çəkilmişdir.
İngilis buldoqu artıq çoxdandır ki, "MINI" brendinin simvoludur və bir çox aksessuarlarının üzərində rəsmi əks olumuşdur.