Dənizkənarı Milli Parka “wi-fi” internet xəttinin çəkilməsi nəzərdə tutulub. Hazırda bununla bağlı İqtisadiyyat və Sənaye, Rabitə və İnformasiya Texnologiyaları, həmçinin Mədəniyyət və Turizm nazirlikləri arasında danışıqlar aparılır. Bunu jurnalistlərə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib: “Müvafiq təklif bu qurumlar tərəfindən gəlib”.
Onun sözlərinə görə, simsiz internetin pulsuz şəkildə istifadəyə verilməsi nəzərdə tutulub.
“Hələlik bunun nə vaxt həyata keçiriləcəyi məlum deyil. Bu, ancaq adları qeyd edilən qurumların yekun razılığından sonra məlum olacaq. Bizim tərəfimizdən isə lazım olan istənilən yardım göstəriləcək”, - deyə N. Məcidov əlavə edib.