Avropada az qala hər ölkədə velosiped satışlarının avtomobil satışlarını geridə qoyduğu müşahidə edilib. Almaniyada keçən il 3,6 milyon velosipedə qarşı 3 milyon avtomobil, İngiltərədə 3,6 milyon velosipedə qarşı 2 milyon avtomobil satılıb. Fransada 2,8 milyon velosiped və 1,9 milyon avtomobil, İtaliyada isə 1,6 milyon velosiped və 1,4 milyon avtomobil satışı həyata keçirilib.
Ekspertlər velosiped satışlarının artmasını böhran ilə əlaqədar Avropalıların avtomobildən daha çox velosipedə maraq göstərməsilə əlaqələndirirlər.
İspaniyada isə tarixdə ilk dəfə avtomobildən daha çox velosiped satılıb. Ölkədə 780 min velosipedə qarşı 700 min avtomobilin satıldığı açıqlanıb.
Avropada yalnız Lüksemburq və Belçikada velosipeddən çox avtomobil satılıb. Avropada son rəqəmlər, avtomobil satışlarının son 20 ilin ən aşağı səviyyəsinə gerilədiyini göstərir.