İsrailin "Addict-tiltan" kreativ agentliyi "Six Taste" brendi üçün qeyri-adi layihə təqdim etdi. Layihəyə əsasən brendin vizit kartları peçenyedən hazırlandı. Kartlar şirkətin əsas təamlarını dadan insanlar üçün özünəməxsus desert kimi təqdim olunacaq. 


Qeyri-adi layihənin müəllifləri əmindilər ki, qonaqlar kartların üzərindəki nömrələri unutsalar da, brendin adını unutmayacaqlar. Kreatorlar 6 növdə olan peçenye dadında 6 vizit kartı hazırladılar.