Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil etdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinin qabilbləri “Bakcell”in yeni reklam çarxına çəkilirlər.


 


Yay Futbol Məktəbində uğur qazanan Tamerlan Rizvanov, Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Xəyal Əliyev və Nigar Mirzəliyeva “Mançester Yunayted”in ulduz futbolçuları Fellaini, Nani, Çiçarito və Eşli Yanq ilə eyni reklam çarxında oynayacaqlar.


 



Bu məqsədlə Mançesterdə olan gənc istedadlarımız səfər zamanı təlim-məşq toplanışlarına qatılıb, klubun muzeyini və əfsanəvi “Old Trafford” stadionunu ziyarət ediblər.