DəmirBank həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə www.demirbank.az saytından onlayn qaydada kredit ödənişlərini qəbul edir. Saytın əsas səhifəsində “Onlayn kredit ödənişi” linkinə tıklayaraq açılan https://creditpay.demirbank.az/login səhifəsində qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat üçün PİN kodu (şəxsiyyət vəsiqəsinin aşağısında olan eyniləşdirmə kodu, axrıncı rəqəm sayılmadan son 7 rəqəm), müştəri üçün rahat olan 4 rəqəmli şifrəni (müştəri təyin edir), telefon nömrəsini və e-mail ünvanı qeyd etmək lazımdır.



Qeydiyyatdan keçməklə müştərinin şəxsi kabineti yaranır. Müştəri PİN kodu və şifrəni qeyd edərək şəxsi kabinetinə daxil olur, ödəniləcək krediti seçir, plastik kartın tələb olunan göstəricilərini daxil edir, məbləği yazır və ödənişi edir. Xidmət Azərbaycan, Rus və İngilis dillərində fəaliyyət göstərir.


Sistemdə qeydiyyat pulsuzdur. Şəxsi kabinetdə ödəniş tarixçəsi saxlanılır, istənilən vaxt ödənişlərə baxmaq və ödəniş qəbzlərini çap etmək mümkündür.



Qeyd edək ki, DəmirBank müştərilər üçün həm də bankomatlar, ödəniş terminalları və Milli Ön terminalları ilə kredit ödəmək imkanı yaradıb. Terminallar və sayt vasitəsi ilə kredit ödənişləri müştərilər üçün vaxt və rahatlıq baxımından çox əlverişlidir.