İnternet şirkəti Yahoo ona məxsus olan bir sıra domenlərin satışını elan edib. Bu haqda xəbər 13 noyabr tarixində şirkətin rəsmi blogunda öz əksini tapmışdır. Satışa ümumi sayı yüzdən çox olan domen mükafatları çıxarılacaq.Yahoo şirkətinin yaradıcılarının sözlərinə görə şirkətin bir vaxt alınmış domenlərdən imtina etməyinə səbəb onların istifadə edilməməsi oldu. Buna görə də biz onları “internetə geri gətirmək” qərarına gəldik.
Satış yeddi gün (noyabrın 14-dən 21-nədək)davam edəcək. Qeydin yazıldığı zamanda satış üçün domenlərin tam siyahısının 305 ünvanı qeydə alınmışdır. Onların ən bahalısı “av.com”dur ki, bir milyon yarım dollar məbləğinə qədər almaq təklif olunur.“Sandwich.com” kimi domen50-100 minə başa gələr. Məsələn, “truestory.com”u isə daha ucuz əldə emək olar. Bu sayt üçün minimal qiymət on min ABŞ dolları təşkil edir. Yahoo şirkəti 1994-cü ildə yaradılmışdır.
“Dot-com”dakı uğursuzluqdan sonra 2008-ci ildə microsoftla birləşmə danışıqlarının baş tutmaması ilə şirkət bazardakı payını itirməyə başladı və şirkətin geriləmə dövrü başladı. 2012-ci ilin aprelində şirkətin iki mindən artıq işçisi işdən azad edildi. 2012-ci ilin yayında Googlenin keçmiş işçisi Marissa Mayer baş direktor vəzifəsinə təyin olundu.Ötən yarım il ərzində Mayerin rəhbərliyi ilə Yahoo şirkəti Tumblr blogu hostingi və Summly xəbərlər toplayıcısı ilə böyük alış-verişlər üçün bir sıra işlər etmişlər. Həmçinin şirkət yeni loqolarını təqdim etdi və istifadə olunmayan elektron poçt hesablarını təmizlədi.