10 noyabr-20 dekabr tarixlərində qablaşdırma dizaynı sahəsində qeydiyyat  işləri  fərdi dizayn (bir məhsulun qablaşdırması və ya bir xəttin məhsulu) üçün $95, multi kateqoriyalı dizayn üçün isə $110 (məs. markanın qablaşdırma dizaynı müxtəlif məhsul) təşkil edir.
 
Müsabiqədə agentliklər və müstəqil dizaynerlər işlərini təqdim edə bilər. Bu dəfə əvvəlki dörd ildə olduğu kimi, "The Dieline Awards" 13 kateqoriyada birinci, ikinci və üçüncü yerlərə 42 nominantla mükafatlandıracaq.
 
İşləri kreativlik, bazar üçün yararlı və innovasiya kimi meyarlara əsasən qablaşdırma dizaynı sahəsində tanınmış dünya ekspertlərinin münsiflər heyəti qiymətləndirəcək. Qaliblər may ayında Bostonda keçiriləcək "The Dieline Conference 2014" konfransında iştirak etmək şansı və  bu tədbirdə öz işlərini rəsmən təqdim etmək imkanı əldə edəcəklər.