İtaliyanın geyim şirkəti Versace Gürcüstanın Laura tikiş fabrikində geyimlərin istehsalını nəzərdə tutur. Gürcüstan mətbuatına istinadən deyə bilərik ki, İtaliya şirkətinin nümayəndəri noyabrın 27-də Laura fabrikini ziyarət edəcəklər. 


 


Laura fabrikinin sahibi "Laura Qaçava" bildirib ki, qonaqlar fabrikinin fəaliyyəti ilə tanış olacaq və nəticədə gələcək əməkdaşlıq barədə qərar qəbul edəcəklər. Laura Qaçava  əlavə edib ki, "Onalar artıq 10 ildir Monclair italyan brendi ilə əməkdaşlıq edirlər. 


 


Biz onlara 10 min gödəkçə tikirik. İtalyanlar istəyirlər ki, biz bu sayı 25 minə artıraq. Bu məqsədlə fabrikə yeni tikiş maşınları alınıb, amma işçi qüvvəsi çatışmır. Mən özüm qadınlara tikiş üzrə pulsuz təlimlər aparıram. Bu, onlara çətin gəlir. Seriallar baxmaq və evdə oturmağa üstünlük verirlər" fabrikin sahibi bildirib.